Azərbaycan Türkmənistana soğan ixracını bərpa edib
- 17 aprel, 2023
- 12:45
Bu ilin ilk iki ayı ərzində Azərbaycandan xarici ölkələrə 434 min ABŞ dolları dəyərində 2,1 min ton soğan ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 dəfə, kəmiyyət olaraq – 17,5 dəfə çoxdur.
Azərbaycan Gürcüstana 345,4 min ABŞ dolları dəyərində 1 min 869 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 61,44 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 81,1 ton (+2,3 %), Türkmənistana 22,41 min ABŞ dolları dəyərində 124,5 ton, Pakistana 4,48 min ABŞ dolları dəyərində 24,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Dörd ilin tamamında Türkmənistana soğan tədarükü bərpa edilib.
Hesabat dövründə Azərbaycana 63,5 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 158,2 ton (+2,2 dəfə) soğan idxal edilib.
Azərbaycan Rusiyadan 62,66 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 156,65 ton (+2,4 dəfə) və Niderlanddan 0,84 min ABŞ dolları dəyərində (-78,8 %) 1,53 ton (-78,7 %) məhsul alıb.