Azərbaycan Türkmənistana nərə balığı ixrac etməyə başlayıb
- 29 fevral, 2024
- 11:00
Ötən il Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 2 min 456 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 48 % çoxdur.
Azərbaycan Rusiyadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 95 % çoxdur) 1 min 805 ton (+97 %), Polşadan 662 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 162 ton (+50 %), Qazaxıstandan 392 min ABŞ dolları dəyərində (-41 %) 273 ton (-35 %), İtaliyadan 344 min ABŞ dolları dəyərində (-33 %) 45,5 ton (-45 %), Çindən 300 min ABŞ dolları dəyərində (+5 dəfə) 70 ton (+5 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində (+49 %) 633 ton (+45 %) nərə balığı ixrac edib.
Azərbaycan Rusiyaya 1,28 milyon ABŞ dolları dəyərində (+38 %) 474,98 ton (+9 %) və Türkmənistana 104,63 min ABŞ dolları dəyərində 158 ton məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana tədarük həyata keçirilib.