Azərbaycan Türkmənistana nar ixracını bərpa edib

ASK
  • 21 yanvar, 2025
  • 12:06
Azərbaycan Türkmənistana nar ixracını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 25,77 milyon ABŞ dolları dəyərində 29 min 359 ton nar ixrac edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % az, kəmiyyət olaraq – 16 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 22,64 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 25 min 405 ton (+18 %), Ukraynaya 1,37 milyon ABŞ dolları dəyərində (-3 %) 1 min 399 ton (-13 %), Gürcüstana 918 min ABŞ dolları dəyərində (+18 %) 1 min 540 ton (+5 %), Qazaxıstana 461 min ABŞ dolları dəyərində (+77 %) 597 ton (+78 %), Belarusa 190 min ABŞ dolları dəyərində (-41 %) 225 ton (-31 %) məhsul satıb.

Azərbaycan 2 il 10 aylıq fasilənin ardından Türkmənistana tədarükü (16 min ABŞ dolları dəyərində 17,1 ton) bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti