Azərbaycan Türkmənistana mandarin satışını bərpa edib

ASK
  • 26 iyul, 2023
  • 10:53
Azərbaycan Türkmənistana mandarin satışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 3,824 milyon ABŞ dolları dəyərində 5 min 352 ton mandarin idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 22 % azdır.

Azərbaycan Türkiyədən 3,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 4 min 945 ton (-21 %), Pakistandan 189,56 min ABŞ dolları dəyərində (-43,5 %) 237 ton (-44 %), Misirdən 98,53 min ABŞ dolları dəyərində (-6 %) 131,37 ton (-6 %), İrandan 25,52 min ABŞ dolları dəyərində (+68 %) 36,46 ton (+66 %), Perudan 1,79 min ABŞ dolları dəyərində (-91,6 %) 2,24 ton (-91,2 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan xarici ölkələrə 495,72 min ABŞ dolları dəyərində (+15 dəfə) 716,8 ton (+14 dəfə) mandarin satıb.

Azərbaycandan Rusiyaya 481,32 min ABŞ dolları dəyərində (+14,6 dəfə) 710,32 ton (+14 dəfə), Yaponiyaya 11,1 min ABŞ dolları dəyərində 0,45 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 3,22 min ABŞ dolları dəyərində 6 ton (bir il əvvəl tədarük olmayıb) və Türkmənistana 0,1 min ABŞ dollar dəyərində 0,03 ton meyvə ixrac olunub.

Azərbaycan 6 ilin tamamında Türkmənistana mandarin satışını bərpa edib.

2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 4 min 552 ton mandarinin 99,3 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti