Azərbaycan Türkmənistana alma ixracını bərpa edib

ASK
  • 04 aprel, 2024
  • 10:47
Azərbaycan Türkmənistana alma ixracını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 6,2 milyon ABŞ dolları dəyərində 9 min 429 ton alma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 17,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 5,61 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % çoxdur) 8 min 400 ton (+10 %), Birləşmiş Ərəb Əmirliklərinə 237,4 min ABŞ dolları dəyərində 411 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 156,2 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 374 ton (+74 %), Qətərə 84,2 min ABŞ dolları dəyərində 126,1 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistana 66,93 min ABŞ dolları dəyərində (+43 %) 56,99 ton (-22 %) alma satıb.

Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Türkmənistana alma tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti