Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci ötən ay 11 %-dən artırıb
ASK
- 05 dekabr, 2023
- 05:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 137,201 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 % azdır.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 16,007 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.
11 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının ümumi dəyəri illik müqayisədə 9,1 % artaraq 11,276 milyard ABŞ dollarına, noyabrda isə 11,5 % artaraq 1,196 milyard ABŞ dollarına çatıb.
Son xəbərlər
00:00
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Daxili siyasət
23:56
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
Digər ölkələr
23:26
Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Region
23:20
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 mlrd dollar itirib
Digər ölkələr
23:13
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Xarici siyasət
23:11
Foto
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər - Yenilənib - 2
Xarici siyasət
23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Hadisə
23:02
Foto
İğdırda beynəlxalq Qafqaz Konqresi işə başlayıb
Region
22:57
Kriştianu Ronaldu karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb
Futbol