Azərbaycan Türkiyədən lobya idxalını 3,5 dəfə artırıb 

ASK
  • 24 oktyabr, 2022
  • 09:25
Azərbaycan Türkiyədən lobya idxalını 3,5 dəfə artırıb 

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 1,519 milyon ABŞ dolları dəyərində 1 min 243 ton lobya (qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,7 %, kəmiyyət olaraq – 3,2 % çoxdur.

Hesabat dövründə Özbəkistandan 1,26 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % çoxdur) 1 min 058 ton (+7,9 %), Qırğızıstandan 91,83 min ABŞ dolları dəyərində (-50 %) 53,93 ton (-58,8 %), Braziliyadan 53 min ABŞ dolları dəyərində 45 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 33,22 min ABŞ dolları dəyərində 24 ton (tədarük olmayıb), Türkiyədən 33,01 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 25,36 ton (+3,5 dəfə) məhsul alınıb.

Ötən il Azərbaycanın idxal etdiyi (17 ölkədən) 2 min 720 ton lobyanın 81,7 %-i Özbəkistanın, 6,4 %-i Qırğızıstanın, 5 %-i Braziliyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti