Azərbaycan Türkiyədən kənd təsərrüfatı texnikası almaq niyyətindədir

Azərbaycan Türkiyədən kənd təsərrüfatı texnikası almaq niyyətindədir Bakıda Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib
ASK
23 Fevral , 2017 14:09
Azərbaycan Türkiyədən kənd təsərrüfatı texnikası almaq niyyətindədir

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes-Forumu çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik arasında ikitərəfli görüş keçirilib. 

"Report" xəbər verir ki, forum çərçivəsində həmçinin Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyə və Avropa İttifaqı Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı arasında sənədlərin imzalanması baş tutub. Bunların arasında Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin VIII iclasının yekun protokolu da olub.

İmzalanma mərasimində F.Çelik bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək və Azərbaycanla Türkiyə bu müddətə qədər ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

H.Əsədov isə qeyd edib ki, Azərbaycan Türkiyədən 30-50 mln. ABŞ dolları həcmində kənd təsərrüfatı texnikası almaq imkanına malikdir: "Biz Türkiyədən keyfiyyətli, rəqabətədavamlı kənd təsərrüfatı texnikası almaq istəyirik və türk şirkətləri texniki nəqliyyat vasitələrinin alınması üçün keçiriləcək tenderlərdə iştirak edə bilər".

H.Əsədov türkiyəli və azərbaycanlı iş adamlarını birgə istehsal müəssisələri yaratmağa dəvət edib. Nazir xüsusən də toxumçuluq mərkəzlərinin istehsalının təşkil olunmasının vacibliyini bir daha qeyd edib.

Son xəbərlər

Orphus sistemi