Azərbaycan Türkiyədən dondurulmuş meyvə idxalını 86 dəfə artırıb

ASK
  • 29 avqust, 2024
  • 09:41
Azərbaycan Türkiyədən dondurulmuş meyvə idxalını 86 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 319 min ABŞ dolları dəyərində 124,4 ton dondurulmuş meyvə (çiyələk və bağ çiyələyi, moruq, böyürtkən, tut giləmeyvəsi və ya çəkil, loqanov giləmeyvəsi, qara, ağ və ya qırmızı qarağat və firəng üzümü, digər) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Polşadan 187 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 87 ton (+4 dəfə), Türkiyədən 50 min ABŞ dolları dəyərində (+93 dəfə) 18 ton (+86 dəfə), Özbəkistandan 28 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,6 ton (+3 dəfə), Çindən 22 min ABŞ dolları dəyərində (+33 %) 10 ton (+43 %), Ukraynadan 13 min ABŞ dolları dəyərində 3,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 136 ton dondurulmuş meyvənin 61,8 %-i Polşanın payına düşüb.