Azərbaycan Türkiyə və Braziliyadan yer fıstığı tədarükünü kəskin artırıb
- 10 avqust, 2022
- 08:28
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-may aylarında Azərbaycana xaricdən 3,588 milyon ABŞ dolları dəyərində 2 min 612 ton yer fıstığı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,2 %, kəmiyyət olaraq – 11,4 % çoxdur.
Hesabat dövründə Özbəkistandan 2,07 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4 % azalıb) 1 min 644 ton (-5,7 %), Türkiyədən 465,1 min ABŞ dolları dəyərində (+18 dəfə) 323,1 ton (+29,4 dəfə), Argentinadan 510,49 min ABŞ dolları dəyərində (+8 %) 325 ton (+10,5 %), Braziliyadan 422,53 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 250 ton (+2,6 dəfə), Hindistandan 89,1 min ABŞ dolları dəyərində (-16,8 %) 54 ton (-23 %) məhsul gətirilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (9 ölkədən) aldığı 4,8 min ton yer fıstığının 63,5 %-i Özbəkistanın, 16,6 %-i Argentinanın, 6,7 %-i Braziliyanın payına düşüb.