"Azərbaycan Toxumçular Assosiasiyası" yerli toxumçu və fermerlərə çağırış edib

"Azərbaycan Toxumçular Assosiasiyası" yerli toxumçu və fermerlərə çağırış edib Azərbaycanda toxumçuluğun inkişafı, bu sahədə beynəlxalq təcrübənin tətbiqi üçün yerli toxumçular və fermerlər "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi ilə sıx əməkdaşlıq etməlidir.
ASK
29 Noyabr , 2022 12:18
Azərbaycan Toxumçular Assosiasiyası yerli toxumçu və fermerlərə çağırış edib

Azərbaycanda toxumçuluğun inkişafı, bu sahədə beynəlxalq təcrübənin tətbiqi üçün yerli toxumçular və fermerlər "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi ilə sıx əməkdaşlıq etməlidir.

Bunu "Report"a açıqlamasında qurumun sədri Mədinə Əliyeva bildirib.

"Assosiasiya toxum istehsalçılarını birləşdirmək və bu sahənin inkişafına dəstək məqsədilə yaradılıb. Mütamadi olaraq fermer və toxumçularla görüşlər keçirilir, onların problemləri öyrənilir, maarifləndirmə işləri aparılır. Assosiasiya olaraq fermer və toxumçuları bizimlə aktiv əməkdaşlığa dəvət edirik. Bu gün ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili bazarı keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları ilə təmin etməkdir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi