Azərbaycanın U-17 millisi Litva ilə heç-heçə edib

Futbol
  • 17 noyabr, 2026
  • 15:50
Azərbaycanın U-17 millisi Litva ilə heç-heçə edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Emin Mustafayevin baş məşqçi olduğu komanda Litvanın müvafiq yaş qrupundan olan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 65-ci dəqiqədə Rəsul Balakişiyev bərabərlik qoluna imza atıb.

Xatırladaq ki, U-17 daha əvvəl Şimali İrlandiya (0:4) və Almaniyaya (0:7) məğlub olub.

44 filmi