Azərbaycan Suriyaya heyvan yemlərinin ixracını bərpa edib
- 24 fevral, 2025
- 10:39
Ötən il Azərbaycan 5,15 milyon ABŞ dolları dəyərində 30 913 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 23 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 3,16 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 15 248 ton (+50 %), Gürcüstana 1,3 milyon ABŞ dolları dəyərində (-28 %) 10 330 ton (-10 %), İrana 350 min ABŞ dolları dəyərində (-66 %) 1 812 ton (-66 %), İraqa 268 min ABŞ dolları dəyərində (-88 %) 3 min ton (-76 %), Suriyaya 92 min ABŞ dolları dəyərində 458 ton yem satıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Suriyaya tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 150 min ton heyvan yeminin 47,3 %-i Argentinanın, 40 %-i Rusiyanın payına düşüb.