Azərbaycan Slovakiya və Gürcüstandan gübrə alışını kəskin artırıb

ASK
  • 29 sentyabr, 2023
  • 12:42
Azərbaycan Slovakiya və Gürcüstandan gübrə alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 43,2 milyon ABŞ dolları dəyərində 70 min 444 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 57 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 27,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19,4 % çoxdur) 58 min 201 ton (+71 %), Türkiyədən 5,85 milyon ABŞ dolları dəyərində (+32 %) 1 min 756 ton (+18 %), Slovakiyadan 1,88 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 2 min 138 ton (+4 dəfə), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 658 ton (+12 %), Gürcüstandan 945 min ABŞ dolları dəyərində (+26 %) 3 min 175 ton (+2 dəfə) gübrə alıb.

2022-ci ildə Azərbaycana idxal edilən (33 ölkədən) 103 min 315 ton gübrənin (orqanik gübrələrdən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.