Azərbaycan Şimali Makedoniyaya soğan ixracını bərpa edib
- 06 avqust, 2024
- 12:57
Bu ilin yanvar-may aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 7 904 ton soğan ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 51 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 715,23 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 28 % azdır) 3 905 ton (-19 %), Ukraynaya 465 min ABŞ dolları dəyərində (-72 %) 1 610 ton (-70 %), Rusiyaya 430 min ABŞ dolları dəyərində (-81 %) 978 ton (-82 %), İraqa 339 min ABŞ dolları dəyərində 1 112 ton (bir il əvvəl tədarük olmayıb), Omana 44,9 min ABŞ dolları dəyərində 99,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 5 il 5 aylıq fasilənin ardından Şimali Makedoniyaya (4,95 min ABŞ dolları dəyərində 20,5 ton) soğan tədarükünü bərpa edib.