Azərbaycan Rusiyadan qoz idxalını kəskin artırıb
- 12 aprel, 2022
- 08:12
2022-ci ilin yanvar ayında Azərbaycana xaricdən 1,17 milyon ABŞ dolları dəyərində 533,48 ton qoz (qabıqlı və qabığı təmizlənmiş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 10 % azalıb.
Hesabat dövründə Qırğızıstandan 406,1 min ABŞ dolları dəyərində 84,6 ton, Rusiyadan 363,87 min ABŞ dolları dəyərində 279,9 ton, Ukraynadan 272,57 min ABŞ dolları dəyərində 128,97 ton, Amerika Birləşmiş Ştatlarından 129,2 min ABŞ dolları dəyərində 40 ton, Almaniyadan 0,08 min ABŞ dolları dəyərində 0,01 ton alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 13,6 dəfə və 13,3 dəfə artıb, Ukraynadan – 73,3 % və 72,6 % azalıb, Amerika Birləşmiş Ştatlarından – 41,4 % və 60 % azalıb.