Azərbaycan Rusiyadan keşniş toxumu idxalını kəskin artırıb

ASK
  • 28 sentyabr, 2023
  • 13:23
Azərbaycan Rusiyadan keşniş toxumu idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 58 min ABŞ dolları dəyərində 59,2 ton keşniş toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 79 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 34,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 % çoxdur) 31,55 ton (+3,2 %), Hindistandan 12 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 6,2 ton (+4,3 dəfə), Rusiyadan 6,4 min ABŞ dolları dəyərində (+14,5 dəfə) 20 ton (+182 dəfə), Polşadan 2,25 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 1,1 min ABŞ dolları dəyərində (-50 %) 0,2 ton (-58 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 89 ton keşniş toxumunun 52 %-i İranın, 43 %-i Rusiyanın payına düşüb.

44 filmi