Azərbaycan Rusiyadan günəbaxan toxumunun alışını 300 dəfəyə yaxın artırıb

ASK
  • 20 aprel, 2023
  • 05:42
Azərbaycan Rusiyadan günəbaxan toxumunun alışını 300 dəfəyə yaxın artırıb

Bu ilin ilk iki ayında Azərbaycana xaricdən 838 min ABŞ dolları dəyərində 674,1 ton günəbaxan toxumu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % azdır, kəmiyyət olaraq – 7,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 462,12 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 250,5 ton (+22 %), Rusiyadan 224,8 min ABŞ dolları dəyərində (+48 dəfə) 321,11 ton (+297,3 dəfə), Çindən 87 min ABŞ dolları dəyərində (-86,7 %) 60 ton (-83,1 %), Misirdən 55,2 min ABŞ dolları dəyərində 38,1 ton (ilk dəfə tədarük olub), İrandan 8,4 min ABŞ dolları dəyərində 4,4 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 4 min 197 ton günəbaxan toxumunun 41 %-i Çinin, 31,4 %-i Türkiyənin, 23,5 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti