Azərbaycan Qətərə üzüm tədarük etməyə başlayıb
- 17 yanvar, 2025
- 09:02
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5,62 milyon ABŞ dolları dəyərində 5 754 ton üzüm (təzə) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 37 % azdır.
Hesabat dövründə Rusiyaya 5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 32 % azdır) 5 143 ton (-38 %), Belarusa 463 min ABŞ dolları dəyərində (+3,9 dəfə) 406 ton (+4,2 dəfə), Türkiyəyə 69,2 min ABŞ dolları dəyərində 126 ton (bir il əvvəl tədarük olmayıb), İraqa 32,3 min ABŞ dolları dəyərində (+33 %) 43 ton (+34 %), Birləşmiş Ərəb Əmirliklərinə 26,1 min ABŞ dolları dəyərində (+4 %) 20,1 ton (-51 %) məhsul göndərilib.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə (9,41 min ABŞ dolları dəyərində 8,8 ton) tədarük həyata keçirilib.