Azərbaycan Polşaya pomidor ixracını kəskin artırıb

ASK
  • 31 may, 2023
  • 13:26
Azərbaycan Polşaya pomidor ixracını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 31,2 milyon ABŞ dolları dəyərində 24 min 491 ton pomidor ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 23 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 29 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % azdır) 23 min 427 ton (-24 %), Belarusa 1,7 milyon ABŞ dolları dəyərində (+34 %) 702 ton (+8,5 %), Polşaya 519 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 360 ton (+4 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 3,8 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 0,89 ton (+3,5 %) və Qətərə 1,1 min ABŞ dolları dəyərində 0,4 ton (1 il 8 aydan sonra bərpa edilib) məhsul göndərib.

2022-ci ildə Azərbaycandan (11 ölkəyə) ixrac edilən 141,42 min ton pomidorun 97,3 %-i Rusiyanın payına düşüb.