Azərbaycan Polşadan keşniş toxumu idxalını bərpa edib
- 31 avqust, 2023
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 48 min ABŞ dolları dəyərində 54 ton keşniş toxumu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,3 %, kəmiyyət olaraq – 69 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 34,65 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 % çoxdur) 31,5 ton (+3,6 %), Rusiyadan 6,38 min ABŞ dolları dəyərində (+13 %) 20 ton (+38 %), Polşadan 2,25 min ABŞ dolları dəyərində 1 ton, Hindistandan 2,1 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,99 ton (+80 %), Türkiyədən 1,12 min ABŞ dolları dəyərində (-29 %) 0,16 ton (-38 %) məhsul alıb.
Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Polşadan keşniş toxumu tədarükünü bərpa edib.