Yuxarı
    Bağlamaq

    Azərbaycan parlamenti üç qanuna dəyişikliklər edib

    Bu, dövlət rüsumu, tütün və tütün məmulatı, həmçinin üzümçülük və şərabçılıq haqqında qanunlardır

    Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanda "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında təsdiq olunub.

    "Report"un məlumatına görə, dəyişikliyə əsasən, dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi üzrə dövlət rüsumu müəyyənləşib. Dövlət rüsumunun məbləği 50 manat məbləğində təsdiq olunub.

    Bundan başqa, "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliklər parlamentin iclasında təsdiq edilib.

    Qanuna əlavəyə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına yol verilmir.

    Digər əlavəyə görə, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda tütünün və tütün məmulatlarının satışı qadağan olunur.

    Həmçinin, parlament "Üzümçülük və şərabçılıq haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Əlavəyə əsasən, şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

    Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycana idxalına yol verilmir, ölkədə pərakəndə satışı qadağan olunur, aşkarlandıqda dövriyyədən götürülür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi