​Azərbaycan pambıq, tütün və barama istehsalında islahatlara hazırlaşır

​Azərbaycan pambıq, tütün və barama istehsalında islahatlara hazırlaşır Nazir: "Monitorinqlər göstərir ki, mineral gübrələr kifayət qədər deyil"
ASK
19 May , 2016 13:02
​Azərbaycan pambıq, tütün və barama istehsalında islahatlara hazırlaşır

Bakı. 19 may. REPORT.AZ/ "Azərbaycanın pambıq, tütün və barama istehsalı sahələrində dönüş etmək istəyirik". "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan "WorldFood Azerbaijan" və "CaspianAgro" beynəlxalq sərgilərinin açılış mərasimində jurnalistlərə açıqlama verən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. 

Nazir bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi daha çox fəaliyyətini pambıqçılığın inkişaf etdirilməsi istiqamətinə yönəldib: "Eyni zamanda, aqrar sektorda sahələr inkişaf etdikcə mineral gübrələrə marağımız artır. Apardığımız monitorinqlər göstərir ki, mineral gübrələr kifayət qədər deyil. Məhsul çıxışı zamanı istifadə olunmuş mineralların qaytarılması mənfi saldoya malikdir".

H.Əsədov qeyd edib ki, dövlət başçısının tapşırığı ilə elektron kənd təsərrüfatı sistemi yaradılıb: "Bildiyiniz kimi, bu sistem 7 moduldan ibarətdir. Aqrolizinq əməliyyatlarının avtomatlaşdırılması sisteminin əhaliyə çatdırılmasını təmin etmişik. Bir sıra reklam xarakterli tədbirlərimiz var, pambığın, baramanın becərilməsinə aid, eləcə də Dünya Bankı ilə birlikdə həyata keçirilən layihə çərçivəsində brüselyoz xəstəliyinin qarşının alınması məqsədi ilə peyvəndləmə prosesi keçirilib".

Son xəbərlər

Orphus sistemi