Azərbaycan Pakistandan meyvə ağacları idxal etməyə başlayıb

ASK
  • 19 yanvar, 2024
  • 09:34
Azərbaycan Pakistandan meyvə ağacları idxal etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 12,67 milyon ABŞ dolları dəyərində 5 milyon 109 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 3,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,92 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 3 milyon 628 min ədəd (+28,4 %), İtaliyadan 1,71 milyon ABŞ dolları dəyərində (+47 %) 370 min ədəd (+35 %), Yunanıstandan 760 min ABŞ dolları dəyərində (-4 %) 460 min ədəd (-10 %), Niderlanddan 639,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 93,7 min ədəd (-65 %), Fransadan 571 min ABŞ dolları dəyərində (-32 %) 108 min ədəd (-26 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistandan (51,1 min ABŞ dolları dəyərində 4,2 min ədəd) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti