Azərbaycan ötən il vətəgə əhəmiyyətli balıqların artırılmasına 3 mln. manata yaxın vəsait sərf edib

Azərbaycan ötən il vətəgə əhəmiyyətli balıqların artırılmasına 3 mln. manata yaxın vəsait sərf edib Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda 2018-ci ildə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 922,7 min manat vəsait sərf olunub.
ASK
13 Fevral , 2019 12:00
Azərbaycan ötən il vətəgə əhəmiyyətli balıqların artırılmasına 3 mln. manata yaxın vəsait sərf edib
Report

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda 2018-ci ildə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 922,7 min manat vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, həmin vəsaitin 91%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 45,5 mln. ədəd balıq körpələrinin 37,7 mln. ədədi çəkikimi balıq körpələrinin, 7,7 mln. ədədi nərəkimi balıq körpələrinin və 0,1 mln. ədədi qızılbalıq körpələrinin payına düşüb. 

Onu da qeyd edək ki, ötən il Azərbaycanda balıq ovunun həcmi 67% artıb

Son xəbərlər

Orphus sistemi