Azərbaycan ötən il kənd təsərrüfatı istehsalını 2,6% artırıb

Azərbaycan ötən il kənd təsərrüfatı istehsalını 2,6% artırıb Heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 2,5% artıb
ASK
10 Yanvar , 2017 17:31
Azərbaycan ötən il kənd təsərrüfatı istehsalını 2,6% artırıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən il payızlıq, yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3 065,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2% (65,7 min ton) çox məhsul götürülüb.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən xəbərə görə, orta hesabla hər hektardan əldə edilən məhsul 30,7 sentner təşkil edib. 

Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb. Ötən il 2015-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8%, bitkiçilik məhsulları istehsalı isə 2,5% artıb.

Hesabat ilində 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5% çox kartof, 1 269,3 min ton (0,5% az) tərəvəz, 464,6 min ton (4,1% az) bostan məhsulları, 883,7 min ton (0,5% az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4% az) üzüm, 1015,7 ton (75,4% çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7% çox) şəkər çuğunduru, 17,1 min ton (9,3% az) dən üçün günəbaxan, 3 598,2 ton (3,8% çox) tütün yarpağı yığılıb.

Ötən ilin dekabr ayının 26-na sahələrdən 87,2 min ton (2,5 dəfə çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.

Hesabat ilində 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6% çox diri çəkidə ət, 2 009,9 min ton (4,4% çox) süd, 1 609,8 mln. ədəd (3,7% çox) yumurta, 16,7 min ton (2,1% az) yun istehsal olunub.

Son xəbərlər

Orphus sistemi