Azərbaycan Niderland və İspaniyadan keşniş toxumu idxal etməyə başlayıb

ASK
  • 07 mart, 2024
  • 07:33
Azərbaycan Niderland və İspaniyadan keşniş toxumu idxal etməyə başlayıb

Ötən il Azərbaycan 80,33 min ABŞ dolları dəyərində 132,8 ton keşniş toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 18 % azdır, kəmiyyət olaraq – 49 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 34,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % azdır) 31,55 ton (-31 %), Rusiyadan 26,62 min ABŞ dolları dəyərində (-14 %) 93,45 ton (+2,4 dəfə), Hindistandan 12,65 min ABŞ dolları dəyərində (+96 %) 6,24 ton (+81 %), Polşadan 2,25 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 1,95 min ABŞ dolları dəyərində (-77 %) 0,3 ton (-74 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniya (0,31 min ABŞ dolları dəyərində 0,01 ton) və Niderlanddan (0,66 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 89 ton keşniş toxumunun 52 %-i İranın, 43 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti