Azərbaycan Misirdən kartof idxalını bərpa edib
- 17 yanvar, 2024
- 09:45
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 34,9 milyon ABŞ dolları dəyərində 126 min 922 ton kartof (toxumluq kartofdan başqa) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 12,3 milyon ABŞ dolları dəyərində (+84,5 %) 48 min 901 ton (+85 %), Belarusdan 9,95 milyon ABŞ dolları dəyərində (+20 dəfə) 31 min 881 ton (+20 dəfə), İrandan 7,45 milyon ABŞ dolları dəyərində (-17 %) 28 min 603 ton (-31 %), Pakistandan 3 milyon ABŞ dolları dəyərində (-59 %) 9 min 718 ton (-60 %), Türkiyədən 1,13 milyon ABŞ dolları dəyərində (-85 %) 4 min 324 ton (-86 %) məhsul alıb.
Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Misirdən (69 min ABŞ dolları dəyərində 152 ton) kartof tədarükünü bərpa edib.