Azərbaycan Mərakeşdən mandarin alışını bərpa edib

ASK
  • 20 sentyabr, 2022
  • 05:14
Azərbaycan Mərakeşdən mandarin alışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 4,899 milyon ABŞ dolları dəyərində 6 min 899 ton mandarin alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4 %, kəmiyyət olaraq – 10,5 % çoxdur.

Hesabat dövründə Türkiyədən 4,37 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 34,1 % artıb) 6 min 230 ton (+33,9 %), Pakistandan 335,35 min ABŞ dolları dəyərində (-60,4 %) 419,19 ton (-60,3 %), Misirdən 105,52 min ABŞ dolları dəyərində (+65,6 %) 139,18 ton (+63,5 %), Perudan 32,1 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 40,1 ton (+3,6 dəfə), Mərakeşdən 21,8 min ABŞ dolları dəyərində 27,24 ton məhsul gətirilib.

İki il 3 aylıq aradan sonra Mərakeşdən tədarük bərpa edilib.

Qeyd edək ki, ötən il xaricdən (7 ölkə) aldığımız 8 min 676 ton mandarinin 79 %-i Türkiyənin payına düşüb.