Azərbaycan Lüksemburqdan mandarin alışını bərpa edib

ASK
  • 29 sentyabr, 2023
  • 11:42
Azərbaycan Lüksemburqdan mandarin alışını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 3,855 milyon ABŞ dolları dəyərində 5 min 394 ton mandarin idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 22 % azdır.

Azərbaycan Türkiyədən 3,52 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % azdır) 4 min 972 ton (-20 %), Pakistandan 189,56 min ABŞ dolları dəyərində (-43 %) 237 ton (-44 %), Misirdən 98,53 min ABŞ dolları dəyərində (-6 %) 131,37 ton (-6 %), İrandan 25,52 min ABŞ dolları dəyərində (+65 %) 36,46 ton (+65 %), Perudan 10,64 min ABŞ dolları dəyərində (-67 %) 13,29 ton (-67 %) məhsul alıb.

Azərbaycan 5 il 8 aylıq fasilənin ardından Lüksemburqdan (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) mandarin alışını bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti