Azərbaycan Kosta-Rikadan banan alışını bərpa edib

ASK
  • 16 avqust, 2023
  • 10:29
Azərbaycan Kosta-Rikadan banan alışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 18,8 milyon ABŞ dolları dəyərində 25 min 855 ton banan gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 16 % azdır.

Hesabat dövründə Azərbaycan Ekvadordan 18,723 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 25 min 751 ton (-15,8 %), Kosta-Rikadan 74 min ABŞ dolları dəyərində 104,24 ton, Filippindən 2 min ABŞ dolları dəyərində (-60 %) 0,36 ton (-58 %) və Almaniyadan 0,06 min ABŞ dolları dəyərində (-50 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.

Azərbaycan 3 il 11 aylıq fasilənin ardından Kosta-Rikadan banan tədarükünü bərpa edib.