​Azərbaycan kənd təsərrüfatında gender bərabərliyinə görə 62-ci yerdədir

​Azərbaycan kənd təsərrüfatında gender bərabərliyinə görə 62-ci yerdədir Gender bərabərliyi indeksinə görə Azərbaycan Gürcüstan, Rusiya və Ukraynadan geridədir
ASK
21 Noyabr , 2014 13:21
​Azərbaycan kənd təsərrüfatında gender bərabərliyinə görə 62-ci yerdədir

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan kənd təsərrüfatı sektorunda gender bərabərliyi indeksinə görə Gürcüstan, Rusiya və Ukrayna kimi dövlətlərdən geridədir.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda Avropa İttifaqının Bakı ofisi və "Oxfam" təşkilatının "Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyinin təkmilləşdirməsi" mövzusunda keçirdiyi tədbirdə "Oxfam"ın idarəetmə və siyasət proqramı meneceri Orxan Əli bildirib.

"Azərbaycanda hazırkı vəziyyətdə gender bərabərliyi indeksi orta səviyyədən aşağıdır və 2014-cü ildə 109 ölkə arasında 62-ci yerdə qərarlaşıb. 2013-cü ildə isə Azərbaycan 109 ölkə arasında 71-ci yeri tutub. Hazırda fermer kooperativləri mövcud deyil. Buna görə də fermerlər daha çox pərakəndə şəkildə işləyir və yerli məhsulların istehsalında töhfəsi statistikada görünmür", - deyə O.Əli bildirib.

Son xəbərlər

Orphus sistemi