Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər Aqrar sahədə müasir innovativ texnologiyaların tətbiqində Azərbaycanla İsrail əməkdaşlıq edə bilər.
ASK
13 Fevral , 2023 11:34
Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər
İnam Kərimov

Aqrar sahədə müasir innovativ texnologiyaların tətbiqində Azərbaycanla İsrail əməkdaşlıq edə bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan -İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq üçün fokuslandığımız sahə kənd təsərrüfatıdır: "İsrail kənd təsərrüfatı sahəsində geniş innovasiyalar tətbiq edir. İsrail su və torpaq resursları məhdud ölkədir, bu, yalnız İsrail üçün xas hal deyil, eyni zamanda, dünyanın bir çox ölkələrinə də aiddir.

Əfsus ki, Azərbaycan bu siyahıda istisna deyil. Azərbaycanın su ehtiyatlarının çoxu ölkə xaricində formalaşır. Azərbaycan üçün aqrar sahə dövlətin əsas prioritetdir. Ona görə də bu kimi problemlərin həllində əsas məqam innovasiyaların tətbiqinin genişləndirilməsidir".

Nazir vurğulayıb ki, Azərbaycanla İsrail arasında əlaqələr yüksək səviyyədədir: "Bu əlaqələri genişləndirmək üçün potensial mövcuddur. Azərbaycanla İsrail arasında 2021-ci ildə İsraildə biznes forum təşkil etdik, iki ölkədən olan şirkətlər iştirak etdi.

Ötən il İsrailin kənd təsərrüfatı naziri Azərbaycana səfər edərək forumda iştirak etdi. Hesab edirəm ki, ikitərəfli görüşlər, tədbirlər əməkdaşlığımıza müsbət təsir edir. Bu gün keçirilən forum bizim əməkdaşlığımıza müsbət təsir göstərəcək".

Son xəbərlər

Orphus sistemi