Azərbaycan İspaniyadan süd və qaymaq idxalını bərpa edib

ASK
  • 07 sentyabr, 2023
  • 12:09
Azərbaycan İspaniyadan süd və qaymaq idxalını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 13 milyon ABŞ dolları dəyərində 6 min 85 ton süd və qaymaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq - 17 % çoxdur.

Azərbaycan İrandan 5,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 93 % çoxdur) 2 min 892 ton (+45,5 %), Belarusdan 3,4 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 1 min 586 ton (+64 %), Ukraynadan 1,26 milyon ABŞ dolları dəyərində (+58 %) 457 ton (+44 %), Rusiyadan 1,25 milyon ABŞ dolları dəyərində (+9 %) 738 ton (-30 %), Türkiyədən 698 min ABŞ dolları dəyərində (-36 %) 281,4 ton (-62 %) məhsul alıb.

Azərbaycan bir il 6 aylıq fasilənin ardından İspaniyadan (0,83 min ABŞ dolları dəyərində 0,19 ton) tədarükü bərpa edib.

Hesabat dövründə Azərbaycandan 2,62 milyon ABŞ dolları dəyərində (+3,3 dəfə) 3 min 522 ton (+10,4 dəfə) süd və qaymaq ixrac edilib.

Azərbaycan bu məhsulu ancaq Gürcüstana tədarük edib. Həmin ölkəyə süd və qaymaq satışı bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 14 dəfə və 39 dəfə artıb.

2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 1 min 59 ton süd və qaymağın 73 %-i Gürcüstanın payına düşüb.