Azərbaycan iki ölkəyə soğan ixracını bərpa edib

ASK
  • 24 iyun, 2024
  • 11:20
Azərbaycan iki ölkəyə soğan ixracını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 643 min ABŞ dolları dəyərində 2 min ton soğan ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 33 % azdır.

Hesabat dövründə Azərbaycan İraqa 339 min ABŞ dolları dəyərində 1 min 112 ton (1 il əvvəl tədarük olmayıb), Rusiyaya 152 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 % azdır) 309 ton (-38 %), Gürcüstana 51,2 min ABŞ dolları dəyərində (-88 %) 268 ton (-88 %), Omana 44,9 min ABŞ dolları dəyərində 99,7 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 28 min ABŞ dolları dəyərində (+47 %) 111 ton (+2,6 dəfə) məhsul satıb.

Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Türkiyəyə (5,88 min ABŞ dolları dəyərində 23,5 ton), 4 il 2 aylıq aradan sonra Bolqarıstana (13,14 min ABŞ dolları dəyərində 65,7 ton) soğan tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti