Azərbaycan iki ölkəyə ərik ixracını bərpa edib
- 01 avqust, 2023
- 07:12
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 610,11 min ABŞ dolları dəyərində 639,43 ton təzə ərik ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,6 dəfə, kəmiyyət olaraq – 8,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 521,73 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,8 dəfə çoxdur) 548,64 ton (+7,3 dəfə), Belarusa 61,13 min ABŞ dolları dəyərində 36,29 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 18,45 min ABŞ dolları dəyərində 36,9 ton və Gürcüstana 8,8 min ABŞ dolları dəyərində 17,6 ton ərik satıb.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Ukrayna və Gürcüstana ərik ixracını bərpa edib.
2022-ci ildə Azərbaycandan (Rusiya, Belarus və Qazaxıstana) tədarük edilən 2 min 603 ton ərikin 90,7 %-i Rusiyanın payına düşüb.