Azərbaycan iki ölkədən dondurulmuş mal əti tədarükünü bərpa edib

ASK
  • 11 fevral, 2022
  • 09:32
Azərbaycan iki ölkədən dondurulmuş mal əti tədarükünü bərpa edib

2021-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 16 milyon 482,73 min ABŞ dolları dəyərində 4 min 004,25 ton dondurulmuş mal əti alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 45,11 %, kəmiyyət olaraq – 48 % azalıb.

Hesabat dövründə Ukraynadan 13 milyon 858,24 min ABŞ dolları dəyərində 3 min 321,89 ton, Hindistandan 1 milyon 420,51 min ABŞ dolları dəyərində 490,07 ton, Braziliyadan 779,34 min ABŞ dolları dəyərində 132,07 ton, Rusiyadan 220,55 min ABŞ dolları dəyərində 18,19 ton, Paraqvaydan 58,23 min ABŞ dolları dəyərində 27,08 ton məhsul gətirilib.

2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 46,33 % və 47,81 % azalıb, Hindistandan – 15,79 % və 13,2 % azalıb, Braziliyadan – 59,5 % və 80,16 % azalıb, Rusiyadan – 57,14 % və 54,94 % artıb.

Bir il 1 aylıq fasilənin ardından Paraqvaydan, 9 illik aradan sonra Litvadan tədarük bərpa olunub. Azərbaycan Litvadan 0,87 min ABŞ dolları dəyərində 0,1 ton dondurulmuş mal əti alıb.