Azərbaycan iki ölkədən ananas alışını bərpa edib

ASK
  • 09 sentyabr, 2022
  • 10:47
Azərbaycan iki ölkədən ananas alışını bərpa edib

Bu ilin ilk yarısında Azərbaycan xaricdən 885,66 min ABŞ dolları dəyərində 927,47 ton ananas (təzə və ya qurudulmuş) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,2 %, kəmiyyət olaraq – 13,6 % çoxdur.

Hesabat dövründə Kosta-Rikadan 813,57 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 899,17 ton (+25,6 %), Tailanddan 56,67 min ABŞ dolları dəyərində (-58 %) 14 ton (-62,2 %), İndoneziyadan 11,16 min ABŞ dolları dəyərində 13,12 ton, Mavrikiyadan 3,21 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,64 ton (+94 %), Cənubi Afrika Respublikasından (CAR) 0,55 min ABŞ dolları dəyərində 0,11 ton məhsul alınıb.

İki il 8 aylıq fasilənin ardından İndoneziyadan, 1 il 7 aylıq aradan sonra CAR-dan tədarük bərpa edilib.