Yuxarı
    Bağlamaq

    Azərbaycan hökumətinin e-kənd təsərrüfatı təşəbbüsü istiqamətində əsas mərhələ icra edilib

    24 ay davam edən bu layihənin icrasına Avropa İttifaqı 1,24 mln. avro vəsait ayırıb

    Bakı. 2 noyabr. REPORT.AZ/ Sabah Bakıda Avropa İttifaqınin (Aİ) maliyyələşdirdiyi “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım Layihəsi"nin yekun konfransı keçiriləcək. ”Report”un Aİ-nin Azərbaycandakı nümayəndəliyindən əldə etdiyi məlumata görə, konfransın açılış nitqi kənd təsərrüfatı naziri Heydər Əsədov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas tərəfindən ediləcək.

    Məlumata görə, Azərbaycan hökumətinə e-kənd təsərrüfatı təşəbbüsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq Aİ-nin nümayəndəliyi və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ildə yuxarıda sözügedən texniki yardım layihəsinin icrasına başlayıb.

    "Layihənin məqsədi kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi sahəsində səmərəlilik və şəffaflığı artıracaq qabaqcıl idarəetmə və nəzarət sistemini yaratmaqdır. Sistem, kənd təsərrüfatı təyinatlı digər məlumat bazaları ilə birgə şəkildə aqrar siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsində istifadə üçün etibarlı məlumatlar təmin etməli və bununla da aqrar sahədə rəqabət qabiliyyətini artırmalı və Azərbaycanın kənd yerlərində həyat səviyyəsini yaxşılaşdırmalıdır. E-kənd təsərrüfatı hökumətin kənd təsərrüfatı strategiyasının və iqtisadiyyatın perspektivli qeyri-neft sektorlarını daha da təkmilləşdirmək istiqamətində irəli sürdüyü geniş siyasətin əsas komponentidir", - deyə məlumatda qeyd olunub.

    Konfrans dövlət idarələri və özəl sektorun nümayəndələri üçün nəzərdə tutulub. Tədbirdə yeni idarəetmə və nəzarət sisteminin əsas prinsipləri, Nazirliyin IKT infrastrukturunun yaradılması barədə məlumat veriləcək, fermerlərə daha sürətli və daha yaxşı xidmətlərin təmin edilməsində bu sistemin verəcəyi töhfə izah ediləcək, həmçinin sistemin istifadəsi və digər dövlət xidmətləri üçün potensial faydaları müzakirə ediləcək.

    24 ay davam edən bu layihəyə Aİ 1,24 mln. avro vəsait ayırıb. Layihə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində formalaşmış fəaliyyətlər silsiləsinin bir hissəsini təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi