Azərbaycan Gürcüstandan kartof alışını 12 dəfə artırıb

ASK
  • 08 may, 2025
  • 12:28
Azərbaycan Gürcüstandan kartof alışını 12 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 11,62 milyon ABŞ dolları dəyərində 39 218 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 % çox, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,48 milyon ABŞ dolları dəyərində 26 574 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstandan 3,52 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 dəfə çoxdur) 10 412 ton (+12 dəfə), İrandan 465 min ABŞ dolları dəyərində (-91 %) 1 777 ton (-92 %), Rusiyadan 8,3 min ABŞ dolları dəyərində (-98,6 %) 33 min 131 ton (-98 %), Pakistandan 2,76 min ABŞ dolları dəyərində (+5 dəfə) 8 min 846 ton (+4 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 142 min 897 ton kartofun 46,5 %-i İranın, 23,2 %-i Rusiyanın, 16,8 %-i Gürcüstanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti