Azərbaycan gübrə idxalına çəkdiyi xərci 32 % artırıb

ASK
  • 21 aprel, 2023
  • 11:42
Azərbaycan gübrə idxalına çəkdiyi xərci 32 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 14,823 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31,5 % çoxdur.

Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 27,637 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 48,3 % azdır.

Gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,37 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,36 %-ni təşkil edib.

Xatırladaq ki, I rübdə Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % azdır.

Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3 % azalıb, idxal isə 37,7 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti