Azərbaycan fındıq istehsalını 2 dəfə artıracaq

Azərbaycan fındıq istehsalını 2 dəfə artıracaq “Azərbaycanda fındığın məhsuldarlığının 2 dəfəyə qədər artırılması üçün işlər aparılır”.
ASK
221
18 Fevral , 2020 16:19
Azərbaycan fındıq istehsalını 2 dəfə artıracaq
Pexels.com

“Azərbaycanda fındığın məhsuldarlığının 2 dəfəyə qədər artırılması üçün işlər aparılır”. 

Bunu “Report”a açıqlamasında “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, gələcəkdə ölkədə məhsuldarlıq hər hektar üzrə 20 sentnerə çatdırılacaq.

“Hazırda ümumilikdə 80 min hektar fındıq sahəsi var ki, onun da 40 min hektarı yüksək məhsuldarlıqlı sahələrdir. İndi hər hektar üzrə məhsuldarlıq 10-12 sentnerdir. Amma bu göstərici 20 sentnerə çatdırılacaq. Bunun üçün standart mövcuddur, sadəcə insanlar köhnə aqrotexniki qaydalarla çalışdığı üçün bu, mümkün deyil. Çalışırıq ki, yeni yanaşma ilə məhsuldarlığı qaldıraq”, - o qeyd edib. 

Assosiasiya rəhbəri ixrac həcminin artırılması ilə bağlı da danışıb: “Hazırda bizim maksimal ixrac gücümüz 20-22 min ton fındıq ləpəsidir. Bazarda tələb-təklifdən asılı olaraq elə il olur məhsulun 70-80%-ni Avropaya ixrac edirik, elə vaxt da olur Rusiyaya ixrac edirik”.

Son xəbərlər

Orphus sistemi