Azərbaycan fındığı daha bir Avropa ölkəsinə ixrac ediləcək

Azərbaycan fındığı daha bir Avropa ölkəsinə ixrac ediləcək Azərbaycan ilk dəfə olaraq İsveçrəyə fındıq ixrac edəcək.
Biznes
18 Fevral , 2020 14:59
Azərbaycan fındığı daha bir Avropa ölkəsinə ixrac ediləcək
google.az

Azərbaycan ilk dəfə olaraq İsveçrəyə fındıq ixrac edəcək.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara dəstək üçün tərəfdaşlıq sammitində çıxış edən “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov deyib.

İ.Orucovun sözlərinə görə, hazırda Azərbaycanda fındıq bağlarına xəstəliyin yayılmaması üçün işlər görülür: "Fındıq ixracında müsbət dinamika müşahidə olunur. Belə ki, 2018-ci ildə 105 mln ABŞ dolları, 2019- cu ildə isə 125 mln ABŞ dolları dəyərində fındıq ixrac olunub. Hazırda ümumilikdə 80 min hektar fındıq sahəsi var ki, onun da 40 min hektarı yüksək məhsuldarlıqlı sahələrdir. Əgər məhsuldarlıq artsa, müsbət dinamika bu il də müşahidə olunacaq".

Xatırladaq ki, ötən il Azərbaycan 12 ölkəyə soyulmuş fındıq ixrac edib. Azərbaycan fındıqları Rusiya, İtaliya, Almaniya, Polşa, Estoniya, Litva, Fransa, Gürcüstan və digər ölkələrə göndərilib. 

Son xəbərlər

Orphus sistemi