Azərbaycan əsas tədarük bazarlarından təbii bal alışını kəskin artırıb
- 23 iyun, 2022
- 12:09
2022-ci ilin ilk 4 ayında Azərbaycan 258,88 min ABŞ dolları dəyərində 54,34 ton təbii bal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 61,3 %, kəmiyyət olaraq – 50 % çoxdur.
Hesabat dövründə Rusiyadan 132,03 min ABŞ dolları (bir il əvvəlki göstərici ilə müqayisədə 3,3 dəfə artıb) dəyərində 26,39 ton (+3,3 dəfə), Türkiyədən 58,1 min ABŞ dolları (+15 %) dəyərində 16,41 ton (+80,3 %), İspaniyadan 48,65 min ABŞ dolları dəyərində 6,59 ton (bir əvvəl idxal olmayıb), İrandan 12,13 min ABŞ dolları (-73,8 %) dəyərində 3,95 ton (-75,7 %), Almaniyadan 4,51 min ABŞ dolları (-61,5 %) dəyərində 0,43 ton (-68,7 %) məhsul alınıb.
Qeyd edək ki, ötən il xaricdən (13 ölkədən) aldığımız 134 ton təbii balın 41,5 %-i Rusiyanın, 24 %-i Türkiyənin payına düşüb.