Azərbaycan əsas tədarük bazarından qarğıdalı idxalını iki dəfə artırıb

ASK
  • 19 avqust, 2022
  • 07:56
Azərbaycan əsas tədarük bazarından qarğıdalı idxalını iki dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 14,1 milyon ABŞ dolları dəyərində 38 min 048 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 95,2 % çoxdur.

Hesabat dövründə Rusiyadan 9,772 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,6 dəfə artıb) 36 min 492 ton (+2 dəfə), Türkiyədən 1,826 milyon ABŞ dolları dəyərində (-26,7 %) 934,2 ton (-28 %), Serbiyadan 839,16 min ABŞ dolları dəyərində (+41 %) 171,42 ton (+30 %), Rumıniyadan 692,9 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 123,75 ton (+3,5 dəfə), İtaliyadan 682,9 min ABŞ dolları dəyərində (-15,7 %) 124,44 ton (-21,5 %) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 30,9 min ton qarğıdalının 93,8 %-i Rusiyanın payına düşüb.