Azərbaycan əsas tədarük bazarından küncüt toxumunun alışını kəskin artırıb

ASK
  • 29 avqust, 2023
  • 13:20
Azərbaycan əsas tədarük bazarından küncüt toxumunun alışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycana 629 min ABŞ dolları dəyərində 292,2 ton küncüt toxumu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq – 59 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 390 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75 % çoxdur) 185,5 ton (+76 %), Pakistandan 119,9 min ABŞ dolları dəyərində 52 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 67,1 min ABŞ dolları dəyərində (+13 dəfə) 24,3 ton (+28 dəfə), İrandan 51,4 min ABŞ dolları dəyərində (+7,8 dəfə) 30,2 ton (+7,7 dəfə), Rusiyadan 0,4 min ABŞ dolları dəyərində (+71 %) 0,04 ton (+66,7 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 346 ton küncüt toxumunun 62 %-i Hindistanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti