Azərbaycan əsas tədarük bazarından kələm idxalını 70 dəfədən çox artırıb

ASK
  • 11 aprel, 2022
  • 09:40
Azərbaycan əsas tədarük bazarından kələm idxalını 70 dəfədən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 491,11 min ABŞ dolları dəyərində 1 min 234 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 73 dəfə, kəmiyyət olaraq – 74 dəfə çoxdur.

Hesabat dövründə İrandan 488,55 min ABŞ dolları dəyərində 1 min 228 ton, Türkiyədən 2,56 min ABŞ dolları dəyərində 6,4 ton məhsul gətirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə İrandan tədarük müvafiq olaraq 73 dəfə və 74 dəfə artıb. 2021-ci ilin ilk ayından Azərbaycan Türkiyədən kələm idxal etməyib.

Xatırladaq ki, keçən il xaricdən aldığımız 3 min ton kələmin 55 %-i İranın payına düşüb.

44 - Tezliklə