Azərbaycan əsas tədarük bazarına pambıq ixracını kəskin artırıb

ASK
  • 29 may, 2024
  • 09:06
Azərbaycan əsas tədarük bazarına pambıq ixracını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 56,5 milyon ABŞ dolları dəyərində 37 min 493 ton pambıq mahlıcı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 43,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 53 % çoxdur) 30 min ton (+92 %), Türkmənistana 8,54 milyon ABŞ dolları dəyərində 4 min 410 ton (bir il əvvəl tədarük olmayıb), Banqladeşə 3,15 milyon ABŞ dolları dəyərində 2 min ton (bir il əvvəl tədarük olmayıb) və İrana 1,34 milyon ABŞ dolları dəyərində (-54 %) 959 ton (-26 %) məhsul göndərib.

2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 69,4 min ton pambıq mahlıcının 73,1 %-i Türkiyənin payına düşüb.