Azərbaycan əsas tədarük bazarına çiyələk ixracını 2 dəfə artırıb
- 04 oktyabr, 2022
- 05:46
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan 15,421 milyon ABŞ dolları dəyərində 8 min 671 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 99,9 %, kəmiyyət olaraq – 99,5 % çoxdur.
Rusiyaya 15,022 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 99,4 % çoxdur) 8 min 385 ton (+2 dəfə), Qazaxıstana 386,91 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 272,48 ton (+63 %) və Belarusa 12,15 min ABŞ dolları dəyərində 13,5 ton məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan xaricdən 102,28 min ABŞ dolları dəyərində (+31 %) 40,91 ton (-2,6 %) çiyələk alıb.
Türkiyədən 87,33 min ABŞ dolları dəyərində (+12 %) 34,93 ton (-16,1 %) və İrandan 14,94 min ABŞ dolları dəyərində (+23,3 dəfə) 5,98 ton (+18,7 dəfə) məhsul idxal edilib.