Azərbaycan əsas tədarük bazarına arpa ixracını 2 dəfədən çox artırıb
- 23 sentyabr, 2022
- 07:40
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 3,632 min ABŞ dolları dəyərində 17 min 427 ton arpa göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 93,8 % çoxdur.
İraqa 3,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 16 min 784 ton (+2,3 dəfə), İrana 108,1 min ABŞ dolları dəyərində (+24 %) 568,8 ton (+30 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 18,75 min ABŞ dolları dəyərində 75 ton məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə arpa ixrac edilib.
Ötən ildə də olduğu kimi hesabat dövründə Azərbaycana ancaq Rusiyadan tədarük olub. Həmin ölkədən 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa alınıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 87,3 % və 94 % azdır.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın ixrac etdiyi (4 ölkəyə) 36 min 359 ton arpanın 91 %-i İraqın payına düşüb.